Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. İlk növbədə sağlam qadının özünü mütəmadi müayinə etməsi vacib şərtdir. Bu baxımdan bütün sağlam qadınlara 20 yaşdan etibarən aybaşının 5-7-ci günlərində hər ay öz döşlərini müayinə etmələri tövsiyə olunur.
Süd vəzi xərçənginə bəzi qadınların tutulma riski daha çoxdur. Bu qadınların Süd vəzi Check Up müayinəsinə əhəmiyyət vermələri vacibdir. Süd vəzi xərçəngi üçün yüksək risk qrupuna daxil olan qadınlar:
- Birinci dərəcəli qohumlarında (ana, bacı, qız) süd vəzi xərçəngi olanlar yüksək risk qurpuna aid edilir.
- İkinci dərəcəli qohumlarında (xala, bibi və nənələr) süd vəzi xərçəngi olanlarda da risk artır. İlk menstrual sikli 12 yaşdan tez olan və menopauzaya 55 yaşdan sonra girən qadınlar da risk qrupundadır. Həmçinin 35 yaşdan aşağı, 10 ildən çox kontraseptiv dərmanlar qəbul edən qadınlar da yüksək riskli sayılır.
Süd vəzi Check Up-a hansı müayinələr daxildir:
- Hər sağlam qadın 20-40 yaş arası 3 ildən bir, 40 yaşdan sonra isə hər il ümumi cərraha (onkoloqa) süd vəzi müayinəsi üçün müraciət etməlidir. 40 yaşdan sonra hər il mammoqrafiyadan keçmək vacibdir. Mammoqrafiya zamanı qəbul edilən radiasiya dozası çox azdır. Süd vəzi xərçəngi baxımından genetik riskli olanlar qadınlara isə 30 yaşdan sonra mammoqrafiyadan keçmək tövsiyə olunur.
Süd vəzi xərçəngini genetik analizlərlə aşkar etmək mümkündürmü?
Süd vəzi xərçəngi olan qadınların 5%- də mutasiyaya uğramış BRCA 1və 2 genləri mövcuddur. Bu genlərin təyini ilə xəstəliyin kontrolunu daha nizamlı aparmaq mümkündür. 35 yaşdan yuxarı sağlam qadında hər üç ildən bir süd vəzi xərçənginə görə müayinələr etdirmək xəstəliyin erkən aşkar edilməsi üçün çox əhəmiyyətlidir.
Süd vəzi Chek-Up
- Ümumi cərrahın müayinəsi
- Mammoqrafiya
- Süd vəzi USM
- Qanın ümumi analizi
- Sedimentasiya təyini
- CA 15-3