Yanlış fikirdir ki, vitamin azlığı təkcə qışda və yazda olur. Əslində, yazda da, qışda da, payızda da, ilin hər fəslində bizə vitamin lazımdır. Əvvəla, ona görə ki, vitaminləri uzun müddətli ehtiyata toplamaq mümkün deyil. Belə ki, suda həllolunan vitaminlər, yəni, C vitamini, B qrup vitaminləri orqanizmdə cəmi bir-iki həftə qalır. Sonra mənimsənilməyən vitaminlər orqanizmi sidiklə tərk edir.
Yağda həllolunan A, D, E vitaminləri piy hüceyrələrində, qara ciyərdə, başqa toxumalarda daha uzun müddət qalır, amma, onların da ehtiyatı bir-iki aydan sonra azalır. Yay ehtiyatları da tükənir, odur ki, orqanizm daim vitaminlərə ehtiyac duyur.
Payız-qış mövsümündə isə vitaminlərə olan tələbat daha da artır. Hava şəraiti dəyişir, göyün üzü tutulur, yağış çiləyir, soyuq küləklər əsir. İşıqlı gün qısalır. Bu dəyişikliklər orqanizm üçün stresdir. Yeni şəraitə uyğunlaşan oranizm dəyişir, qüvvəsi zəifləyir, soyuqdəymə, zökəm, öskürək başlayır, bir sözlə, kəskin virus infeksiyaların bütün “gözəllikləri”.
Nəyə görə payız-qış aylarında soyuqlama çoxalır? Axı, havada viruslar çoxalmır, amma, çox xəstələnirik. Məsələ immunitetin zəifləməsindədir. İmmuniteti saxlayan isə vitaminlərdir.
C vitamini (askorbin turşusu)
- İmmunitetin saxlanılması üçün həyati vacib vitamindir. Bizi soyuqdəymədən və başqa mövsümi xəstəliklərdən qoruyan məhz bu vitamindir.
- Güclü antioksidant təsirlidir, yəni, sərbəst radikalların hüceyrələri zədələnməsinin qarşısnı alır. Bunun sayəsində ürək xəstəliklərindən, bədxassəli şişlərdən qoruyur.
- Toxumaların regenerasiyasına kömək edir.
- Başqa faydalı maddələrin mənimsənilməsinə kömək edir (vitaminlərin, mikro və makroelementlərin), bir çox biokimyəvi reaksiyaları canlandırır.
A vitamini (retinol)
- C vitamini kimi immun sistemini qüvvətləndirir, immunoqlobulin sintezini canlandırmaqla patogen mikroblarla mübarizə aparan antitellərin sayını artırır.
- Güclü antioksidantdır.
- Görməni yaxşılaşdırır.
- Dərinin yuxarı epitelial qatının qalınlaşması və soyulmasının qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır.
- Epitelial hüceyrələrin bədxassəli dəyişməsinin qarşısını alır.
B qrup vitaminləri
- Sinir sisteminin norma lişi üçün zəruridir.
- Sevinc hormonu serotoninin sintezində iştirak edir, depressiyaya ilə mübarizə aparır.
- Beyin fəaliyyətini yaxşılaşdırır.
- İş qabiliyyətini atırır.
D vitamini
- Sümükləri kövrəlmədən və sınmadan qoru¬yur
- İmmun sistemini gücləndirir
- Antixərçəng keyfiyyətlərə malikdir
Bu vitamin qismən ultrabənövşəyi şüaların təsirindən hasil olunduğu üçün qışda onun ehtiyatlarını xüsusi əlavələrlə doldurmaq lazımdır.
E vitamini (tokoferol)
- Hüceyrələrin zədələnməsinin və qocalmasının qarşısını alan ən güclü antioksidantdır
- İmmuniteti artıran keyfiyyətlərə malikdir
- Ürək fəaliyyətini yaxşılaşdırır
- Regenerasiya təsirinə malikdir – zədələnmiş toxumaları tez bərpa edir.
Vitamin çatışmazlığının qış əlamətləri
C-defisiti:
- tez-tez soyuqlama, virus və bakterial infeksiyalar;
- daimi yorğunluq, aşağı iş qabiliyyəti;
- burun qanaması, cüzi təzyiqdən dəridə qançırların əmələ gəlməsi.
A-defisiti:
- quru, qabıqlanan, kobud, buynuzlaşmış dəri
- saç kəpəyi, saçların tökülməsi;
- kövrək, laylanan dırnaqlar;
- toran görməsinin pisləşməsi (toyuq korluğu);
- gözlərin qızarması.
B-defisiti:
- əsəbilik;
- depressiv vəziyyətlər;
- yorğunluq;
- yaddaşın pisləşməsi;
- yuxusuzluq;
- dərinin qabıqlanması, saçların və dırnaqların qırılması;
- dəridə ləkələrin əmələ gəlməsi.
D-defisiti
- tez-tez soyuqlama;
- ümumi zəiflik;
- əsəbilik;
- yuxunun pozulması;
- kariyes;
- oynaq ağrıları;
- gecə qıcolmaları;
- izafi tərləmə;
- dərinin qabıqlanması.
E-defisiti
- əzələ zəifliyi;
- xroniki yorğunluq;
- yerişin pozulması.