700 qr doğulmuş körpə yaşaya bilmək üçün 70 gün müddətində küvezdə mübarizə aparıb.
26 həftəlik dünyaya göz açan körpə olduqca çətin yollardan keçsə də, valideynləri və həkimləri sayəsində yaşamağı bacarıb:
“Körpənin hər iki qasıq nahiyəsində olan yırtıq tez-tez boğulub onu incidirdi. 4 aylıq olsa da, çəkisi cəmi 2 kq idi. Bu vəziyyətdə narkoz alması olduqca riskli idi:
Bağırsaqlarının bir qismini və xayalarını itirmək təhlükəsi olduğu üçün çəkisi 2 kq olan körpəni məcburi əməliyyat oldu. Əməliyyat uğurlu keçdi və hər iki qasıq nahiyəsindəki yırtığı bərpa edildi.
Körpə 1 gün sonra bütün riskləri geridə qoyaraq tam sağlam evinə yola salındı”.