255

Çağrı Mərkəzi

Narkotik maddələr, orqanizmə daxil olduqdan sonra psixoloji, hərəki və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Bu maddələr təbii və ya sintetik ola bilər.

Narkotik maddə asılılığı, saxta xoşbəxtlik hissi verən maddənin müəyyən təsiri əldə etmək üçün lazım olan istifadəsi müddətində ortaya çıxan, fiziki, psixi və sosial problemlərə baxmayaraq, maddə istifadəsinin davam etdirilməsi və bu istəyin durdurula bilmədiyi bir vəziyətdir. Maddə istifadəsi adətən maraq və sınaqdan başlayır.

Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir. Zamanla bütün orqanlara qalıcı ziyan vurur. Zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir. Maddə asılılığı insanın bütün sahələrdə qabiliyyətini azaldır. Buna baxmayaraq, insan asılılıq səbəbiylə maddə qəbul etməyə davam edir

Maddə istifadəsi üçün Risk Faktorları

Maddə asılılığında fərdi xüsusiyyətlərinin əhəmiyyəti yoxdur. Onu istifadə edən hər kəs eyni asılılıq riskini daşıyır. Bununla birlikdə ətraf amillər böyük əhəmiyyət kəsb edir. Maddəni asanlıqla əldə edə bilmək, rahat istifadə edilə biləcək bir mühitə sahib olmaq və dost qrupunda istifadə edə bilmək riski artırır. Bir maddə istifadə edildikdən sonra nə qədər tez və şiddətlə yalançı “xoşbəxlik” yaranırsa, bir o qədər tez asılılıq yaradır.

Xüsusilə 15 ilə 25 yaş arasında olan gənclər, narkomaniya riski altındadır. Ancaq təəssüf ki, maddə istifadəsinin başlanğıc yaşı 15 yaşdan aşağıdır. Gənclər, adətən, maraqlı, cəsarətli və yeniliklərə açıqdırlar. Duyğular tez dəyişir. Tez sevinirlər və tez kədərlənirlər. Uğurlu olmağı sevirlər. Görünüşə əhəmiyyət verirlər. Valideynlərindən daha çox dostlarının sözləri və hərəkətləri ilə maraqlanırlar. Bu səbəbdən də dost qrupu, maddə asılılığı baxımından önəmlidir.

Maddə asılılığı haqqında yalan inanclar

Yuxarıda adları qeyd edilənlərin hər biri doğru bilinən yanlış məlumatlardır

Narkotik asılılığının zərərləri Nələrdir?

Narkotik asılılığının Müalicəsi

Narkotik maddı asılılığı müalicə edilə bilər. Xüsusilə müalicə prinsiplərini yerinə yetirən insanlarda maddəni buraxma nisbəti çox yüksəkdir. Müalicə yalnız maddəni tərk etməyi deyil, həm də ictimai həyata qayıtmağı və sağlam həyat sürməyi də əhatə edir.

Asılılıq təkrarlana bilən bir haldır. Adətən, maddə istifadəçilərinin birdən çox müalicə cəhdi olur. Müalicə cəhdlərinin sayı artdıqca müalicə şansı azalmır. Bu səbəbdən bir neçə uğursuz müalicə cəhdi olan insanı və ətrafını bədbinliyə sürükləməməlidir.

Narkotik istifadəçisində hansı əlamətlər olur?

Gəncləri narkotik maddə asılılığından necə qoruya bilərik?

Gəncləri maddə istifadəsindən qorumaq üçün ilk addım onları problemlərinin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirməkdir. Bu baxımdan valideynlərin üzərinə böyük vəzifələr düşür. Yeniyetməlik dövrünün xüsusiyyətlərini öyrənmək, həddindən artıq qoruyucu hərəkət etməmək, biganə qalmamaq, dostların əhatəsini bilmək, dəyişiklikləri görmək, mühakimə etmədən dinləmək, təhdid etməmək, səbr və anlayış göstərmək, və ən əsası öz davranışları ilə nümunə göstərmək lazımdır.

Qeyd etmək lazımdır ki, istifadə olunan təhlükəsiz narkotik maddə yoxdur!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *