Warning: Undefined array key "icon" in /home/megav88m/public_html/wp-content/plugins/elementor/includes/widgets/icon-box.php on line 695

Warning: Undefined array key "icon" in /home/megav88m/public_html/wp-content/plugins/elementor/includes/widgets/icon-box.php on line 708

255

Çağrı Mərkəzi

Sağlamlığınız üçün burdayıq!

Spinal Anesteziya

Spinal anesteziya zamanı yerli anestetik dərman iynə vasitəsilə xəstənin belinə vurulur və onurğadan çıxan sinirlərin keyləşməsinə səbəb olur. Lakin, spinal blokda keyləşmə məhz bel nayihəsindən aşağı sahələrdə (beldən ayaq barmaqlarınadək) baş verir və adətən 2-3 saat davam edir.

Xüsusi iynə vasitəsilə onurğa beyin ətrafına yerli anestetik vurulur. Spinal anesteziya aparıldıqdan sonra anestezioloq xəstənin daimi müşahidəsini aparılmalı, əməliyyat zamanı xəstənin yanında olmalı və əməliyyatdan sonra xəstədə hissiyat və ətrafların motor funksiyası bərpa olunanadək xəstəni nəzarətdə saxlamalıdır.

Spinal anesteziyanın üstünlükləri:

  • Cərrahi müdaxilədən sonra ağciyər infeksiyası riski az olur.
  • Ürəyə və ağciyərlərə təsiri çox azdır.
  • Əməliyyatdan sonra yara yerində ağrının tənzimlənməsi daha yaxşı təmin edilir. Spinal blokdan bir müddət sonra güclü narkotik analgetiklərə (ağrıkəsici preparatlara, məs., morfinə) ehtiyac ya olmur, ya da çox az tələb olunur.
  • Ürək bulanma və qusma halları çox az olur.
  • Əməliyyatdan sonra gida və maye qəbuluna icazə daha tez verilir.
  • Ahıl xəstələrdə əməliyyatdan sonra keyləşmə və delirium halları daha az baş verir.