Sağlamlığınız üçün burdayıq!

Uşaqları parazitlərdən necə qorumaq olar?

Uşaqları parazitlərdən necə qoruya bilərik?

  • Uşaqlarımıza əl yuma vərdişini qazandırmaq çox vacibdir. Bu vərdiş bir çox digər xəstəliklər kimi bağırsaq parazitlərindən qorunmağımıza kömək edəcək.
  • Sanitar qovşaqlardan istifadə etdikdən sonra, yeməkdən əvvəl, parkda oynadıqdan sonra və evə daxil olduqda mütləq əllərinizi yumalısınız.
  • Uşaqların dırnaqları təmiz və qısa olmalıdır.
  • İçdiyimiz suyun təmizliyinə diqqət etməliyik.
  • Çiy yeyilən tərəvəz və meyvələri təmiz yumalıyıq.
  • Ətin yaxşı bişdiyindən əmin olmalıyıq.
  • Uşaq yataq dəstləri, oyuncaqlar yüksək temperaturda yuyulmalıdır. Buna xüsusilə uşaq bağçası və yataqxana kimi yerlərdə diqqət edilməlidir.