Sağlamlığınız üçün burdayıq!

Hansı halda koronavirusa qarşı peyvəndin ikinci dozasına ehtiyac yoxdur?

İnsan birinci vaksinasiyadan sonra özünü qorumasa və koronavirus infeksiyasına yoluxsa, COVID-19 peyvəndinin ikinci dozasına ehtiyac yoxdur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) məlumat verilib.

Qurumdan bildirilib ki, peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilir, təzyiqi, temperaturu ölçülür, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılır.

Həmçinin vaksinasiyadan əvvəl əlavə testlərin aparılmasına ehtiyac olmadığı da vurğulanıb.

“Xəstəliyi simptomsuz keçirdiyinizə əmin olmaq üçün PCR testi və ya koronavirusa qarşı anticisim testindən keçmək hər kəsin öz seçimidir”, – deyə bildirilib.