Sağlamlığınız üçün burdayıq!

İsti vurma-ilk yardım və profilaktika

İsti vurma orqanizmin uzun müddət yüksək tempratura məruz qalması nəticəsində yaranan xəstəlik vəziyyətidir. Qısa dillə desək, isti vurma orqanizmin həddən artıq isinməsidir. Orqanizmin isinməsi nəticəsində bədən normal tempraturunu qoruyub saxlaya bilmir, istilik formalaşma prosesi sürətlənir və istilik ötürmədə çətinliklər yaranır, nəticədə isə həyat funksiyalarında ciddi pozuntular meydana çıxır.

Hipertonik xəstəliklər, ürək-damar sistemi xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri, şəkərli diabet və bir sıra endokrin xəstəliklər, vegativ-damar sitoniyası, brionxial astma, sinir-psixi xəstəliklər, anoreksiya, qara ciyər serrozu, hepatit, anqidroz, hiperqidroz və insult və infarkt keçirmiş şəxslər isti vurmadan daha çox əziyyət çəkirlər.

İsti vurmanın yaranma səbəbləri:

  • İsti vurmanın əsas səbəbi yüksək rütubətli mühitdə orqanizmin yüksək tempratura məruz qalması;
  • Eyni zamanda isti və sintetik paltar geyinmək də isti vurmaya səbəb ola bilər. Çünki bu zaman geyinilən paltar orqanizmə istiliyi ötürməyə imkan vermir;
  • Yüksək miqdarda spirtli içki qəbul etmək isti vurmanın inkişafına səbəb ola bilər, çünki alkoqol termo nəzarətə mane olur;
  • İsti hava. Əgər orqanizminizə yüksək tempraturun təsirinə vərdiş etməmisinizsə, fiziki aktivliyiniz məhdudlaşdırın. Ən azı tempratur rejimində kəskin dəyişmə varsa, bir neçə gün fiziki aktivliyi məhdudlaşdırın;
  • Bəzi dərman preparatları da isti vurma riskini artırır.

İsti vurmanın simptom və əlamətləri:

  • Bədənin yüksək tempraturu (40 dərəcə Selsi və daha yüksək) isti vurmanın əsas əlaməti sayılır;
  • İsti vurma zamanıə susuzluq hissi yaranır;
  • Tərləmənin baş verməməsi. İsti havanın səbəb olduğu isti vruma zamanı dəri isti və quru olur;
  • İsti vurma zamanı adətən dəri qızarır;
  • Sürətli nəfəsalma da isti vurma əlaməti sayılır;
  • İsti vurma zamanı ürək döyüntüləri də sürətlənir;
  • İsti vurma zamanı döyünən baş ağrısı da yarana bilər;
  • İsti vurma zamanı sudorqa, hallüsinasiya, huşunu itirmə kimi simptomlar da yarana bilər.

İsti vurmanın ağırlaşması

İsti vurma nəticəsində şok kimi ağırlaşma halı yarana bilər. İsti vurma zamanı yaranan şokun ilk əlaməti zəif nəbz, (qan təzyiqinin aşağı düşməsi), dodaqların və dırnaqların göyərməsi, dərinin soyuq və nəm olması, huşun itməsidir. Orqanizmdə meydana çıxan bütün bu dəyişikliklər daxili orqanlar və beyinin şişməsinə səbəb ola bilər. Şiş isə daxili orqan və beyinin sağalmaz fəsadına və ölümə səbəb ola bilər.

İsti vurma zamanı ilk yardım

İsti vuran şəxsi dərhal sərin yerə aparmaq, artıq paltarları soyundurmaq, alnına, sinəsinə, əlinə, qoltuq altına soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır, heç bir halda buzlu kompress olmaz. Çünki tempratur kontrastı damar kollapsı ilə nəticələnə bilər. Əgər imkan varsa, sirkə və ya adi su ilə silmək məsləhət görülür. İsti vuran şəxsə bol miqdarda maye: tünd olmayan şirin çay, qazsı mineral su və ya təmiz su vermək lazımdır. Ürək fəaliyyəti pozulubsa, korvalol, kordiamin və ya validol vermək, dərhal təcili yardım çağırmaq lazımdır.

Huşunu itirən şəxsi isə başını aşağı salıb, ayaqlarını bir az qaldırmaq lazımdır. Gicgahlara soyuq kompress qoymaq, buruna naşatır iylətmək lazımdır. Astaca xəstənin yanağını şillələmək və qulaq ətini masaj etmək lazımdır. Huşu özünə qayıtdıqdan sonra şirin çay vermək lazımdır. İsti vurma zamanı sözügedən şəxsə heç bir halda spirtli içki, tünd çay və ya qəhvə vermək olmaz. Çünki bu mayelər isti vuran şəxsin vəziyyətini daha da pisləşdirə bilər və ürək fəaliyyəti pozuntularını artıra bilər.

İsti vurmada profilaktika

Təbii materiallardan hazırlanan paltarlar geyinmək, kondisioner quraşdırmaq və müntəzəm olaraq otağı havalandırmaq, kifayət qədər maye qəbul etmək, isti saatlarda fiziki aktivliyi azaltmaq, küçəyə çıxanda yüngül baş örtüyü taxmaq lazımdır. Yüksək tempratur altında işləyən zaman hər saat qısamüddətli fasiləyə çıxmaq və uyğun paltar seçmək lazımdır.