255

Çağrı Mərkəzi

Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir

Uşaqlığın polipləri uşaqlıq qanaxmaları, vaxtaşırı yaranan ağrılar, sonsuzluqla təzahür edir.

Diaqnostik məqsədlə ginekoloji müayinə – baxış, USM, histeroskopiya, histoloji müayinələr aparılır.

Uşaqlığın poliplərinin müalicəsi: polipektomiya və uşaqlıq boşluğunun küretajı, bəzən isə uşaqlığın supravaginal amputasiyası və ya uşaqlığın ekstirpasiyası.

Uşaqlığın polipləri xroniki cinsi infeksiyalar və cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (endometrit, adneksit, ooforit), cərrahi abortlar zamanı uşaqlığın travmatizasiyası, endometriumun qaşınması, UDS-nin uzunmüddətli istifadəsi ilə əlaqədar yaranır. Patologiyanın risk qrupuna arterial hipertenziya, piylənmə, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, immun dəyişikliklər, sinir-psixi travmaları olan qadınlar aiddir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *