Bir müddət öncə ölkəmizdə ilk elmi əsaslı əczaçılıq şirkəti “Parla Pharmaceuticals”-in əhalinin təlabatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatlarının istehsalına başlaması barədə rəsmi açıqlama verilmişdi. “Parla Pharmaceuticals”-ın fəaliyyəti, gələcək planları və istehsal olunan dərman preparatları barədə şirkətin direktoru Araş Nosrati Heravi məlumat verib. Araş Nosrati Heravi ilə müsahibəni təqdim edirik:
Araş Nosrati Heravi “Parla Pharmaceuticals” şirkətin direktoru
– “Parla Pharmaceuticals” şirkəti Azərbayca¬nın əczaçılıq bazarında fəaliyyətə başlayıb. Zəhmət olmasa, şirkət haqqında məlumat verə bilərsiniz?
– “Parla Pharmaceuticals”, Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış yerli şirkətdir. Əminliklə deyə bilərəm ki, “Parla Pharmaceuti¬cals”, Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalını həyata keçirəcək ilk elmi əsaslı əczaçılıq şirkətidir. Yaxın gələcəkdə “Parla Pharmaceuticals”-ın dərman sektorunda mühüm dünya brendlərindən birinə çevriləcəyinə inanıram.
Başlanğıc olaraq, bir neçə məhsulla əczaçılıq bazarına daxil olduq və qısa zamanda şirkətin məhsul portfeli daha da genişlənəcək. Qeyd edim ki, “Parla Pharmaceuticals” artıq ixrac fəaliyyəti ilə bağlı danışıqlara başlayıb. Ümid edirik ki, yaxın zamanda “Made in Azerbaijan” brendi altında, ilk dəfə olaraq dərman vasitələrinin ixracını həyata keçirəcəyik.
Beləliklə, şirkətimizin fəaliyyəti tam olaraq, dərman vasitələrinin hazırlanması üçün elmi-təd¬qi¬qat işlərindən, yüksək texnologiyalı dərman vasitələrinin yerli istehsalı və Azərbaycanda satışı ilə bərabər digər xarici ölkələrə ixracından ibarət olacaq.
– Şirkət tərəfindən istehsal olunan dərmanlar hansı xəstəliklərin müalicəsində istifadə olunur və gələcəkdə bazara hansı dərmanları gətirməyi düşünürsünüz?
– Şirkət ilkin mərhələdə bəzi sadə tərkibli dər¬manların istehsalını həyata keçirir. Bu dərman¬lar, əsasən, antibiotiklər və göbələk əleyhinə olan preparatlardır. Biz artıq test mərhələsini uğurla başa vurmuşuq. Tezliklə urologiya, endokrinologiya, hematologiya, onkologiya və s. başqa sahələrdə də bir sıra digər molekulların istehsalına başlayacağıq. Yaxın 5 il ərzində “Parla Pharmaceuticals”, 400-dən çox molekulun istehsalını həyata keçirəcək.
– Pandemiya dövründə bəzi dərmanların müəyyən mənada çətinliklə tapılması əhali arasında narahatlığın yaranmasına gətirib çıxardı. “Parla Pharmaceuticals”şirkətinin fəaliyyəti gələcəkdə bu kimi fors-major hallar qarşısında çətinliyi minimuma endirəcəkmi?
– Əlbəttə. Ümumiyyətlə, ölkədə “Parla Pharma¬ceuticals” və ya başqa istehsalçılar tərəfindən, dərmanların yerli istehsalının aparılması əhali arasında dərman vasitələrinin çatışmazlığı riski¬ni azaldacaq. Misal olaraq, pandemiyanın ilk aylarında bəzi xarici dərman istehsalçıları daxili bazarlarında artan tələb səbəbiylə ixracatlarını dayandırdılar.Biz isə nəinki Azərbaycan daxilində tələbatı qarşılayacağıq, eyni zamanda yerli istehsalı xarici ölkələrə də ixrac edəcəyik.
Nəticə etibarilə, ölkədə dərman çatışmazlığını minimuma endirməklə, zəruri dərman preparatlarını hər zaman əlçatan edəcəyik. Ümid edirəm ki, “Parla Pharmaceuticals”-dan sonra digər istehsalçılar da Azərbaycanda fəaliyyətə başlayacaqlar. Bu, gələcəkdə sözügedən riskin azalmasına zəmin yaradacaq.
– Son olaraq şirkətin fəaliyyətinin, Azərbaycan brendi kimi tanıdılması, ölkəmizə iqtisadi-sosial sferada nələr qazandıracaq?
– Cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva dəfələrlə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və buna öz dəstəklərini nümayiş etdiriblər. Ölkəmizin neft-qaz sektorun¬dan asılılığının azaldılması və maddi vəsaitin qeyri-neft sektorunun inkişafına yönəldilməsi çox önəmli məsələdir. Aydın görünür ki, Azərbaycan bu istiqamətdə uğurla irəliləyir və lazımi tədbirlər həyata keçirilir.
“Parla Pharmaceuticals” da bu böyük tərəqqinin bir hissəsi olmaq üçün çalışır. İlk gündən “Parla Pharmaceuticals” qlobal əczaçılıq biznesində mühüm rol oynamağı qarşısına məqsəd qoyub. Bu məqsədlə biz, daha çox ixrac fəaliyyəti həyata keçirməliyik. Çünki hədəfimiz 2030-cu ilin sonunadək qeyri-neft sektorunda Azərbaycanın ən böyük ixracatçılarından biri olmaqdır.
Bu isə öz növbəsində, ölkəmiz üçün daha çox iş yerləri, daha çox maliyyə dövriyyəsi və vergi deməkdir. “Parla Pharmaceuticals”, eyni zamanda elmi-əsaslı farmakologiya, biologiya, biotexnologiya, mühəndislik sahəsində təhsil və bilik səviyyəsinin artırılmasına da töhfə vermiş olacaq. Bu, ölkəyə daha çox investisiya cəlb edəcək və Azərbaycan bayrağını bütün dünyada qabaqcıl əczaçılıq istehsalçısı kimi dalğalandıracaq.
“Gedeon Richter” məhsulu olan daha bir məşhur preparat PANANGİNdir. 50 ildən artıqdır ki, PANANGİN müxtəlif ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin ürəyinin qeydinə qalır.
PANANGİN həkim resepti tələb olunmadan buraxılan klassik preparatdır, tərkibi maqnezium aspartat və kalium aspartat kimi normal ürək fəaliyyətini təmin edən komponentlərdən ibarətdir. Kalium miokardı gücləndirir və stabil ürək ritmini təmin edir. Maqnezium damar spazmının qarşısını alır və damarların elastikliyini yaxşılaşdırır. PANANGİNin tərkibində kalium və maqnezium miokardın maddələr mübadiləsini yaxşılaşdırır və aterosklerozun qarşısını alır. Sübut olunmuşdur ki, kalium və maqneziumun müntəzəm istifadəsi infarkt riskini 2 dəfə və insult riskini 40% azaldır. Preparatın aktiv maddələri arterial təzyiqin yumşaq azalmasına kömək edir.
Aterosklerozun və AH-nın qarşılıqlı əlaqəsi haqqında hələ 1965-ci ildə görkəmli kardioloq, elmi məktəbin banisi A.L. Myasnikov yazmışdır. Bu iki müxtəlif xəstəliklərin çox vaxt birlikdə inkişaf etməsi ümumi etioloji və patogenetik amillərlə bağlıdır. Hər iki xəstəlik bir-birinə qarşılıqlı təsir edir. Praktiki olaraq hər iki xəstəliklə ayrılıqda, birlikdə, birinin digərindən üstünlüyü halları ilə rastlaşırıq. Burada müalicə sxeminə statinlərin əlavə edilməsi zərurəti yaranır. Effektiv və geniş sübutlu bazaya malik statinlərdən biri MERTENİL (rozuvastatin) preparatıdır.
MERTENİL yüksək hipolipidemik təsirə malikdir, yaxşı mənimsənilmə və təhlükəsizlik profilə uyğundur, geniş xəstə çevrəsinin müalicəsi üçün göstərişdir. Optimal statin olmaqla mertenil ürək-damar xəstəliklərinin uğurlu və davamlı müalicəsi üçün tələb olunan bütün lazımi keyfiyyətlərə uyğundur.
AH müxtəlif orqan arteriyalarını zədələyir, o cümlədən, baş beyin arteriyalarını, bu isə müəyyən vaxtdan sonra həm işemik (beyin infarktı), həm də hemorragik (beyin qansızması) xarakterli beyin qan dövranı pozulması ilə nəticələnə bilər. Bu halda pasiyentlər beyin qan dövranını və qidalanmasını yaxşılaşdıran, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdıran kompleks təsirli preparatlara ehtiyac duyur. “Gedeon Richter” şirkətinin vizit kartı hesab edilən KAVİNTON (vinposetin) preparatı damar tonusunu tənzimləyir, qan dövranı pozulmuş beyin sahələrinə qanın çatdırılmasını təmin edir, qanın axarlığını artırır, qlükoza və oksigenin sinir hüceyrələrinə çatdırılması və mənimsənilməsi hesabına beyinin qidalanmasını və enerji təminatını yaxşılaşdırır.
Arterial hipertoniyalı pasiyentlərdə beyin qan dövranı pozulmasının vacib müalicə aspektlərindən biri də baş ağrısının müalicəsidir. Qeyd etmək lazımdır ki, baş ağrısı təkcə AT ilə deyil, beyin damarları tonusunun azalması ilə də bağlıdır ki, bu vəziyyət KAVİNTONla müalicəyə yaxşı tabe olur.
Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan müasir dərman vasitələri, o cümlədən, “Gedeon Richter” şirkətinin preparatları xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlərin vəziyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq üçün həkimlərə yeni imkanlar verir.