255

Çağrı Mərkəzi

İsti vurma orqanizmin uzun müddət yüksək tempratura məruz qalması nəticəsində yaranan xəstəlik vəziyyətidir. Qısa dillə desək, isti vurma orqanizmin həddən artıq isinməsidir. Orqanizmin isinməsi nəticəsində bədən normal tempraturunu qoruyub saxlaya bilmir, istilik formalaşma prosesi sürətlənir və istilik ötürmədə çətinliklər yaranır, nəticədə isə həyat funksiyalarında ciddi pozuntular meydana çıxır.

Hipertonik xəstəliklər, ürək-damar sistemi xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri, şəkərli diabet və bir sıra endokrin xəstəliklər, vegativ-damar sitoniyası, brionxial astma, sinir-psixi xəstəliklər, anoreksiya, qara ciyər serrozu, hepatit, anqidroz, hiperqidroz və insult və infarkt keçirmiş şəxslər isti vurmadan daha çox əziyyət çəkirlər.

İsti vurmanın yaranma səbəbləri:

İsti vurmanın simptom və əlamətləri:

İsti vurmanın ağırlaşması

İsti vurma nəticəsində şok kimi ağırlaşma halı yarana bilər. İsti vurma zamanı yaranan şokun ilk əlaməti zəif nəbz, (qan təzyiqinin aşağı düşməsi), dodaqların və dırnaqların göyərməsi, dərinin soyuq və nəm olması, huşun itməsidir. Orqanizmdə meydana çıxan bütün bu dəyişikliklər daxili orqanlar və beyinin şişməsinə səbəb ola bilər. Şiş isə daxili orqan və beyinin sağalmaz fəsadına və ölümə səbəb ola bilər.

İsti vurma zamanı ilk yardım

İsti vuran şəxsi dərhal sərin yerə aparmaq, artıq paltarları soyundurmaq, alnına, sinəsinə, əlinə, qoltuq altına soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır, heç bir halda buzlu kompress olmaz. Çünki tempratur kontrastı damar kollapsı ilə nəticələnə bilər. Əgər imkan varsa, sirkə və ya adi su ilə silmək məsləhət görülür. İsti vuran şəxsə bol miqdarda maye: tünd olmayan şirin çay, qazsı mineral su və ya təmiz su vermək lazımdır. Ürək fəaliyyəti pozulubsa, korvalol, kordiamin və ya validol vermək, dərhal təcili yardım çağırmaq lazımdır.

Huşunu itirən şəxsi isə başını aşağı salıb, ayaqlarını bir az qaldırmaq lazımdır. Gicgahlara soyuq kompress qoymaq, buruna naşatır iylətmək lazımdır. Astaca xəstənin yanağını şillələmək və qulaq ətini masaj etmək lazımdır. Huşu özünə qayıtdıqdan sonra şirin çay vermək lazımdır. İsti vurma zamanı sözügedən şəxsə heç bir halda spirtli içki, tünd çay və ya qəhvə vermək olmaz. Çünki bu mayelər isti vuran şəxsin vəziyyətini daha da pisləşdirə bilər və ürək fəaliyyəti pozuntularını artıra bilər.

İsti vurmada profilaktika

Təbii materiallardan hazırlanan paltarlar geyinmək, kondisioner quraşdırmaq və müntəzəm olaraq otağı havalandırmaq, kifayət qədər maye qəbul etmək, isti saatlarda fiziki aktivliyi azaltmaq, küçəyə çıxanda yüngül baş örtüyü taxmaq lazımdır. Yüksək tempratur altında işləyən zaman hər saat qısamüddətli fasiləyə çıxmaq və uyğun paltar seçmək lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *