255

Çağrı Mərkəzi

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.

Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limonun tərkibi: Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır.

Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

Limonun immunitetə faydası

İki xörək qaşığı limon turşusunun tərkibində insanın sutkalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir.

Limonun faydalı təsirləri:

Limonun ziyanı

Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür.

Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:

Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *