Tibbi Şöbələr

Nevrologiya

Nevrologiya, sinir sistemi xəstəliklərini öyrənən, uyğun müayinə və müalıcə taktikasını tətbiq edən tibb bölməsidir.

Nevroloji bölməsində başağrıları (müxtəlif növ başağrıları-miqren, klaster, gərginlik başağrıları və s.) başgicəllənmə (pozision, vertebro-bazillyar catmamazlıq sindromu); epilepsiya, beyin damar xəstəlikləri (kəskin və xroniki beyin qan dövranı pozğunluqları – insultlar, müxtəlif mənşəli ensefalopatiyalar); degenerativ xəstəliklər (Alsheymer, Parkinson xəstəlikləri); periferik sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (diabetik, iltihabi xroniki demielinizə edici polinevritlər, tunel sindromlar); nevroz və yuxu pozğunluqları, onurğa xəstəlikləri (osteoxondroz, radikulitlər) kimi geniş çeşitli nevroloji xəstəlikləri təqib edən xidmət fəaliyyət göstərir.

Xəstənin ambulator və stasionar şəraitdə gecikmədən bütün müayinələrdən keçmək və vaxtında müalicə almaq şəraiti var. Diaqnozun vaxtında düzgün qoyulması və müalicə taktikasının düzgün seçilməsi üçün klinikamızda Beyin KT, MRT, beyin damarlarının doppleri, EEQ kimi müayinə üsulları da xidmətinizdədir.