Tibbi Şöbələr

Ürək-Damar Cərrahiyyəsi

Sumqayit Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsində ürək-damar xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə cavab verən cərrahi üsullar ilə ən yeni yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda xaricdə təhsil almış və uzun müddətli iş təcrübəsinə malik olan yüksəkixtisaslı peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir.

Şöbədə ən yeni pediatrik invaziv kardioloji müdaxilələrlə uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsi aparılır.

Ürək-damar cərrahiyyəsi şöbəsi 24 saat təcili ürək-damar əməliyyatlarını həyata keçirmək imkanına malikdir.

Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyi ən çox rast gəlinən ürək xəstəliyidir. Ürəyi qidalandıran tac damarlardakı daralma və tıxanmalarla özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Son 25 ildə koronar ürək xəstəliklərində görülən bu sürətli artımın əsas səbəbləri bunlardır:

  • Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı yeməklər yerinə bol yağlı yemək növlərinin seçilməsi)
  • Sürətli şəhərləşmənin və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress
  • Artan siqaret alışqanlığı.
  • Ürəyin tac damarlarındakı daralma və tıxanmalar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır.

Aorto-koronar şuntlama əməliyyatı

Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya (aorta) və ürəyin öz damarlarındakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi arasında damar körpüləri yaratma əməliyyatına “aorto-koronar şuntlanma əməliyyatı” adı verilir. Bu əməliyyat adətən “açıq ürək əməliyyatının” aparılmasını tələb edir. Bu zaman ürək və ağciyərlər tamamilə dayandırılaraq ürəyin üzərində daha rahat iş imkanı yaradılır. Bu əsnada beyin və digər orqanların qan və oksigen ehtiyacı bədən xaricində olan süni “ürək-ağciyər” cihazı vasitəsi ilə təmin edilir.

Qazanılmış ürək qüsurları

Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir.

Ürək qapağı xəstəliyi

Ürək içində olan və qanın axış istiqamətini təyin edən 4 qapaq mövcuddur. Zamanla və müxtəlif səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar nəticəsində zədələnmə) qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir.

Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funkisyasını icra edə bilməyən qapaqlar çıxarılır və “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan durulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il) ancaq qan durulducu dərman istifadəsi tələb etmir. Bu əməliyyat da şuntlama əməliyyatında olduğu kimi açıq ürək əməliyyatı tələb edir.

Anadangəlmə ürək qüsurları

Bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır. Bu pozğunluqlar, ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf pozğunluqları şəklində ola bilər.

Xalq arasında “ürəyi dəlik uşaq” olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə müxtəlif forması vardır. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox ağır və mürəkkəb ola bilər. Bu qüsurlar da açıq ürək əməliyyatlarıyla aradan qaldırılır.