Tibbi Şöbələr

Ümumi Cərrahiyyə

Bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə yanaşı, həmçinin yaralanma və yara sagalması, yaralanmaya metabolik, endokrin cavabı kimi məsələləri də əhatə edən bir şöbədir.

Bu gün “Ümumi Cərrahiyyə” deyilincə: tiroid cərrahiyyəsi, məmə cərrahiyyəsi, yemək borusu, mədə, incə və qalın bağırsaqlar, perianal xəstəliklər (hemorroid …), qaraciyər, pankreas, öd kisəsi və öd yolları, yırtıq cərrahiyyəsi anlaşılmaqdadır.

Deməli, Ümumi Cərrahiyyə

Hepato-pankreato-biliyar Sistem və ya Qaraciyər-pankreas-öd kisəsi və Yolları Cərrahiyyəsi,
Gastrointestinal cərrahiyyə və ya Həzm Sistemi Cərrahiyyəsi (yemək borusu, mədə, incə və qalın bağırsaqlar və makat bölgəsi xəstəlikləri)
Endokrin və doş cərrahiyyəsi-(Qalxanabənzər vəzi (tiroid), Paratiroid, Böyrəküstü vəzi xəstəliklərinin müayinə və müalicəsi ilə məşgul olan ümumi bir tətbiqdir.
Minimal İnvaziv Cərrahiyyə Nədir?

Qarının ön divarında açılan kiçik (0.5-1sm) kəsiklərdən yerləşdirilən kamera və əl alətləri ilə aparılan cərrahiyyədir. Video kamera və nazik laparoskopik alətlər öncədən yerləşdirilmiş portlardan qarın boşluğuna yeridilir. Kamera qarın daxili orqanların görüntüsünü televizor monitoruna ötürür. Cərrah bu orqanları açıq cərrahi əməliyyatda olduğu kimi böyük cərrahi kəsikdən birbaşa deyil, monitorda görür. Video kamera cərrahın gözlərini əvəz edir və cərrah alınan görüntünün və digər alətlərin köməyi ilə əməliyyatı yerinə yetirir.

Minimal invaziv cərrahi əməliyyatın üstünlükləri əməliyyatdan sonra ağrıların az olması, sürətli bərpaolma vaxtı, xəstəxanada qalma müddətinin qısalması, tam aktivliyə daha erkən dönmə və daha kiçik ölçülü çapıq toxumasının olmasıdır. Əməliyyatdan sonra qarındaxili bitişmələrin də olması azalır.