Qaraciyər sirrozu – virus hepatitləri və alkoqol olmaqla müxtəlif faktorların yol açdığı parenxim zədələnməsi ilə yaranan xroniki qaraciyər xəstəliyidir.
Qaraciyər sirrozu hiss olunmadan inkişaf edir və xəstəlik ağır həddə çatdıqda aşağıdakı əlamətlər özünü biruzə verməyə başlayır:
- Yorğunluq, ümumi zəiflik
- Tez-tez və asan qanaxma halları
- Qarında mayenin toplanması
- İştahasızlıq
- Ürəkbulanma
- Ayaqda şişkinlik
- Çəkinin azalması
- Qarında köp
- Qızdırma
Bunun üçün ilk əlamətlərini hiss etdikdə həkimə müraciət etmək mütləqdir. Həkiminiz sizə aşağıdakı müayinələrin edilməsini tövsiyyə edə bilər:
- Qanın ümumi analizi.
- Qanın biokimyəvi analızı.
- USM.
- Kompüter Tomoqrafiyası
- MRT.
- Qaraciyər Biopsiyası
- Sağlam-pəhriz. Hepatit virusları ilə yoluxma riskini azaltmağınızı məsləhət görürük.