Travmatologiya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən və əhatəsini genişləndirən tibbi sahələrdən biridir. Sumqayit Hospitalda Travmatologiya bölümü dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə xidmətinizdədir.
- Bazu oynağı cərrahiyyəsi (adəti bazu oynağı çıxıqlarında artroskopik Bankart təmiri, artroskopik rotator cuff əməliyyatları, SLAP təmiri, bazu oynağının endoprotezləşməsi)
- Dizdə çoxlu və izolə bağ yaralanmalarında artroskopik rekonstruksionları
- Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
- Artroskopik menisk yırtıqların bərpası
- Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
- Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
- Topuq və dirsək oynaqlarının artroskopiyası
- Ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullarla cərrahi müalicəsi
- Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) üsulları
- Osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi
- Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
- Oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi
- Əl cərrahiyyəsi
- Bərpaedici vətər və sinir əməliyyatları
- Ətraflarda kəsilmiş hissələrin bərpası
- Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması
- Uşaqlarda rast gəlinən travmatoloji və ortopedik problemlərin konservativ və cərrahi üsullarla müalicəsi.
- Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının konservativ və cərrahi üsullarla müalicəsi
- Ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi