Sağlamlığınız üçün burdayıq!

Tütündən imtina üzrə “Qaynar xətt” xidməti istifadəyə veriləcək

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir.

Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər.

Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 1 fevral 2021-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər alacaqlar.

Tütündən imtina üzrə “Qaynar xətt”: (+994 050) 800 70 45

E-mail: qaynarxett@isim.az

Həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla), saat 10.00-14.00 zəng edin, tibbi-psixoloji tövsiyə əldə edin.