Sağlamlığınız üçün burdayıq!

İnsanların səs-küyə dözümsüzlüyünün SƏBƏBLƏRİ

Qərb bioloqları bəzi insanların çeynəmə, qidanı udma, nəfəs alma kimi səslərə qarşı hansı səbəbdən dözümsüz olduqlarını təyin edib.

Sonxeber.az xəbər verir ki, buna beyin bölgələri arasındakı güclü əlaqənin səbəb olduğu bildirilib.

Mütəxəssislər bu əlaqəni, “hiper güzgü əks olunması” adlandırıb. Nukasl Universitetinin nevroloqları nevroloji pozğunluq hesab edilən mizofoniyadan (səslərə qarşı dözümsüzlük) əziyyət çəkən 75 könüllünün iştirakı ilə MRT müayinəsindən istifəadə etməklə tədqiqat aparıb.

Təcrübə, nevroloji pozuntudan əziyyət çəkən insanların beynin eşitmə qabığının, ağız və boğaz hərəkətlərində məsul olan bölgələri bağlayan yolların həddindən artıq aktiv olmasını göstərib. Alimlər vizual stimullardan istifadə edərək tədqiqatı təkrarlayıb və nəticələr eyni olub. Nevroloqlar, mizofoniyanın, güzgü neyronlarının işindəki nasazlıq səbəbindən meydana gəldiyini izah edir.

Məhz onlar, özünü bənzətmə prosesi yolu ilə bir insanın öyrənməsini təmin edir. Neyronların işində nasazlıq olduğu üçün könüllülər onları narahat edən hərəkətləri təkrar etməməyə çalışıb. Bununla belə, onlar çeynəməyi və xoşlamadıqları digər hərəkətləri yüngül imitasiya etməklə stressi azalda bilərdilər. Alimlərin fikrincə, bu, çox həssas insanlara özünü inamlı hiss etməyə və vəziyyətə nəzarəti öz əllərinə almasına kömək edə bilər.