255

Çağrı Mərkəzi

Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov müsahibə verib.

“Report” müsahibəni təqdim edir:

Gənclər idmana daha çox forma almaq üçün müraciət edirlər. Əsasda fitness zalları, “bodybulding” məşqləri gənclərin ən çox müraciət etdikləri sahədir. Bəzən idman zallarında yetkinlik yaşına çatmayan uşaqlar görürük. Bu doğru deyil. Boy zonaları var, qığırdaq zonaları onlar böyüyür və onlara vətərlər, tendonlar birləşir. Bu səbəbdən yeniyetməni yükləmək doğru deyil. Məsləhətim əzələ və sümük inkişafının tamamlayana qədər ağırlıqsız, kardio məşqlərin seçilməsidir. 40 yaşdan sonra ümumiyyətlə sosial mühitlərdə ediləcək üzgüçülük, tennis, golf, velosiped sürmə, qaçış, gəzinti kimi idman növləri seçilməlidir. İnsan orqanizmi yaşlandıqca maddələr mübadiləsi zəifləyir, yanaşı sağlamlıq problemləri artır və eyni zamanda sümüklərdə elastiklik azalır. Bu da öz növbəsində diqqət edilməzsə, ciddi zədələrə gətirib çıxarda bilir. Məhz bunun səbəbidir ki, professional idman sahələrində də idmançıların fəaliyyətləri çox zaman 40 yaşına belə çatmır.

Düzgün ayaqqabı və paltar seçmək vacibdir, əsas da ağırlıq qaldırılma zamanı. Bilirik ki, ayaq üstə oturan sağlam ayaqqabılar sümük böyüməsinin və sinir sıxılmasının qarşısını alır. Paltar seçərkən pambıq olduğundan əmin olun. İdmandan sonra tərləyərkən paltarın tər qəbul etməməsi ifliclə də nəticələnə bilər. Etdiyiniz idman növünə görə başlıq, qoruyucu diz yastıqları və dirsək yastıqları kimi materiallardan istifadə edin. Məsələn, velosiped sürərkən. Açıq yerlərdə idman edərkən həmişə günəş eynəyi və şapka istifadə edin, həmçinin idmanla məşğul olacağınız saatları havanın istiliyinə uyğun tənzimləyin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *