“Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndləmə prosesinə başladıqdan sonra koronavirusdan ölən şəxslərin 99 faizi vaksin vurdurmayan şəxslər olub”.
Brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. “Sentyabrın 1-dən COVID-19 pasportu tələb olunan sahələrdə yoxlanış aparılması üçün xüsusi mobil tətbiq hazırlanır və yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcək. Bu tətbiq vasitəsilə qapalı məkanların girişində pasportlar sürətli şəkildə yoxlanılacaq. Unutmamalıyıq ki, virus heç yerə getməyib. Pandemiyadan bu gün üçün yeganə çıxış yolu vaksin olunmaqdır”, – deyə o bildirib.