17 may hipertoniya ilə ümumdünya mübarizə günüdür. Bu tarix hipertoniya ilə mübarizə Ümumdünya liqası tərəfindən ÜST-nın dəstəyi ilə təsis edilmiş və 2005-ci ildən qeyd olunur. Əsas məqsəd əhalinin diqqətini yüksək arterial təzyiqin törətdiyi xəstəliklərə cəlb etmək, onların profilaktikası, aşkar edilməsi və müalicəsinə dair məlumatları insanlara çatdırmaqdır.
Arterial hipertoniya ilə Ümumdünya mübarizə gününün əsas mövzusu «Öz arterial təzyiqinin rəqəmlərini bilin». Dünyada 1,5 milyarda yaxın insan arterial hipertoniyadan əziyyət çəkir və, demək olar ki, onların yarısı xəstəliyindən xəbərsizdir. Halbuki, arterial hipertoniya infarktların, insultların, görmə qabiliyyətinin itirilməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Ürək xəstəlikləri səbəbindən baş verən ölüm hallarının ən azı 45% və insultdan ölüm hallarının 51% hipertoniyanın payına düşür.
Hipertoniya vaxtında aşkar edilərsə, ürək tutmaları, insult, ürək və böyrək çatışmazlığı riskini minimuma endirmək mümkündür.
AH-nın inkişaf etmə ehtimalını azaltmaq üçün aşağıdakı şərtlərin gözlənilməsi vacibdir:
- sağlam həyat tərzinin həvəsləndirilməsi;
- duzun istifadəsinin azaldılması;
- meyvə və tərəvəzlərin çox istifadə edilməsi;
- doymuş yağların və ümumi yağ miqdarının azaldılması;
- alkoqoldan imtina etməsi;
- mütəmadi fiziki aktivlik;
- normal bədən çəkisinin saxlanılması;
- tütün istifadəsindən imtina etməsi;
- stress vəziyyətlərə nəzarət.
Hipertoniya xəstəliyinə artıq məruz qalmış şəxslər vəziyyətinə nəzarət etmək üçün müəyyən qaydalara riayət etməlidir:
- yuxarıda göstərilən sağlam həyat tərzi normalarını gözləmək;
- qanda şəkər və xolesterin səviyyəsinə, sidikdə albumin səviyyəsinə nəzarət etmək;
- ürək-damar riskini qiymətləndirməyi bacarmaq;
- tibbi məsləhətlərə riayət etmək;
- AT-i azaldan təyin edilmiş dərman vasitələrinin müntəzəm qəbul edilməsi.
AT-i azaldan dərman vasitələrinə gəlincə, qeyd etmək lazımdır ki, həmin vasitələrin keyfiyyəti, davamlı proqnozu, hədəf-orqanların müdafiəsi önəmli şərtdir. Keyfiyyəti zamanın sınağından keçmiş preparatlar istehsal edən qabaqcıl şirkətlərdən biri “Gedeon Richter” macar əczaçılıq şirkətidir. “Gedeon Richter” Şərqi və Mərkəzi Avropada ən iri dərman istehsalçısı olan multimilli əczaçılıq və biotexnologiya şirkətidir.
Bu gün azərbaycan kardioloqları və terapevtləri arasında antihipertenziv preparatların istifadəsinə dair müəyyən üstünlüklər yaranmışdır. Əksər hallarda bu, AÇF inhibitorları, o cümlədən, DİROTON (lizinopril) preparatıdır. Preparat yaxşı mənimsənilir, maddələr mübadiləsinə mənfi təsir göstərmir və arterial təzyiqin məqsədli səviyyəsinə çatmağa imkan verir. DİROTON geniş pasiyent çevrəsi üçün, o cümlədən, çoxlu sayda dərman qəbul edən qara ciyər xəstəlikləri, AH və xroniki ürək çatmamazlığı, ödem sindromu, proteinuriya, diabetik və qeyri-diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlər üçün seçim preparatıdır.
AH-nın kombinə olunmuş terapiya üsullarından biri də AÇF inhibitorlarının kalsium antaqonistləri ilə birgə istifadə edilməsidir. “Gedeon Richter” şirkətinin arsenalından daha bir preparatı – EKVATORu (amlodipin + lizinopril) ölkəmizdə sözün əsl mənasında «bestseller» adlandırmaq olar. Bu birləşmə beyin insultunun birincili və ikincili profilaktikası, yüksək fəsadlaşma riskli pasiyentlərin müalicəsi (ürəyin işemik xəstəliyi, metabolik pozuntular, ağır və rezistent arterial hipertenziya) üçün münasib seçimdir.
Artıq, renin-angiotenzin-aldosteron sistemi blokatorları, kalsium antaqonistləri və tiazidəbənzər diuretiklər kombinasiyasından ibarət müalicə alan pasiyentlərdə VEROŞPİRONun (spironolakton, “Gedeon Richter”) əlavə edilməsi sistolik AT-in etibarlı dərəcədə enməsini təmin edir. Hətta, qeyd olunan birləşməyə VEROŞPİRONun əlavə edilməsi sistolik AT-in daha çox enməsinə səbəb olur nəinki, beta-blokator bisoprololun, alfa-blokator doksazozinin və ya plasebonun.