Tibbi Şöbələr

Terapiya

Sumqayit Hospitalda mövcud olan Terapiya şöbəsinin peşəkar həkimləri yüksək səviyyəli diaqnostik müayinələr həyata keçirir. Müayinə və müalicə individual proqram üsulu ilə aparılır. Eyni zamanda tibbin ən son yenilikləri əsasında xəstələrə yüksək səviyyəli diaqnostik, müalicə və profilaktik xidmətlər göstərilir. Poliklinikanın nəzdində gündüz stasionar fəaliyyət göstərir və xəstənin burada yatızdırılmağı üçün terapevt və ya dar ixtisaslı mütəxəssislərdən hər hansı birinin ( nevropatoloq, psixoterapevt, qastroenteroloq, endokrinoloq, pulmonoloq, allerqoloq-immunoloq, onkoloq, dermatoloq, hematoloq ) konsultasiyasından sonra qərar verilir. Bu üsulun üstünlüyü ondadır ki, xəstələrə kompleks müayinə və müalicənin gündüz vaxtı aparılması mümkündür. Gündüz stasionarda xəstələr həmçinin bərpaedici terapiyanın imkanlarından da istifadə edə bilərlər.