Haqqımızda

Sevgili qonaqlar,

Əvvəlcə hamınızı daxilimizdən gələn ən səmimi hislərimizlə salamlayırıq və Sumqayıt Hospitala xoş gəlmisiniz deyirik.

Azərbaycanın öndə gələn yüksək keyfiyyətli, ən son tibbi avadanlıqlara sahip, modern səhiyyə ocaqlarından olan Sumqayıt Hospital ailəsi olaraq həyat keyfiyyətinizi artırmaq üçün hər an yanınızda olan, sahəsində təcrübəli komandamızla dayanmadan çalışırıq. “Əvvəlcə İnsan” düşüncəsi ilə xaricdə təhsil almış mütəxəssiz həkim heyətimiz ilə ümumi keyfiyyətimizi hər keçən gün artıraraq, inkişaf edərək sizlərə daha yaxşı xidmət verə bilməyin yolunda əmin addımlarla sizlərlə birlikdə gedirik.

Sağlamlığınıza uzanan isti, səmimi bir dost əli olmağa davam edəcəyik. Əlbətdəki verilən xidmətin çətinliyinin fərqindəyik amma bu müddət ərzində meydana gələ biləcək səhflərimiz üçün indidən üzr istəyirik. Hər keçən gün daha da yaxşı, gözəl, keyfiyyətli, aktual, etibarlı xidmət verərək Azərbaycan səhiyyəsinin lider səhiyyə ocağı olmaq və xalqımızın həyat keyfiyyətini yüksəltmək hədəfinə sizinlə birlikdə çatma sözünü veririk.

Bütün qonaqlarımıza tez bir zamanda sağlamlıq arzulayır və sizləri Sumqayıt Hospital ailəsinə əmanət edirik.

Tarixcə

2020-ci il may ayının 1-də Sumqayıtın ən böyük özəl klinikası olan “Sumqayıt Hospital” fəaliyyətə başladı. Sumqayıt Hospital fəaliyyət göstərdiyi bir ilə yaxın müddətdə qarşısına qoyulan vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam etməkdədir. Klinikamızın fəaliyyətə başlaması qısa müddət olmasına baxmayaraq, vətəndaşlarımıza ən müasir tibbi xidmətlər, o cümlədən müasir tibbi cihazlarla (KT,MRT,PCR) son dərəcə dəqiq diaqnozlar qoymağa, laborator analizlər aparmağa, angiografiya, eyni zamanda səhiyyəmizi ən məsuliyyətli sahələrindən olan doğuş və doğuşa yardım, neyrocərrahiyyə əməliyyatları və s. kimi əməliyyatların həyata keçirilməsinə imkan vermişdir. Eyni zamanda nəinki öz vətəndaşlarımız, artıq fəxrlə deyə bilərik ki, xarici ölkə vətəndaşları da, nüfuzlu xarici şirkətlərin əməkdaşları da xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər.

MİSİYAMIZ

Müəssisəmiz üzərinə götürdüyü missiya və vəzifələri beynəlxalq idarəçilik siyasəti, tibbi və inzibati kadrların yüksək səviyyəli bilikləri, daim artan intizamı, peşəkarlığı və öz işlərində göstərdikləri əzm və əmək məhsuldarlığı sayəsində layiqincə yerinə yetirir. Belə ki, xəstəxanamız beynəlxalq standartlar səviyyəsində tibbi xidmətlər göstərilməsi ilə əhatə olunan uğurlu fəaliyyəti ilə qısa müddətdə nəinki Sumqayıtın, eyni zamanda Azərbaycanın analoqu olmayan bir şəfa ocağına çevrilmişdir. Eyni zamanda təcrübəli həkimlərimiz tərəfindən həyata keçirilən əməliyyatlar və göstərilən tibbi xidmətlər nəticəsində minlərlə vətəndaşımız öz sağlamlıqlarına qovuşmuş və şəfa tapmışlar. Bir sözlə həm xidmətlərimizin sayı, həm də cəmiyyət arasında etibar və nüfuzumuz durmadan artmaqda, xəstəxanamıza bəslənən ümidləri doğrultmaqdayıq.
Göründüyü kimi, klinikamız istər quruluş və missiya, istərsə də hüquqi idarəçilik xüsusiyyətləri ilə respublikamızda fəaliyyət göstərən digər müəssisə və təşkilatlardan fərqlənir. Müəssisəmizdə həyata keçirilən xidmət daha müasir tibbi və idarəçilik metodları ilə tənzimlənir, səhiyyə sahəsindəki gündəlik və perspektiv ehtiyaclarımızı ödəyə biləcək normativlərlə əsaslandırılır.

VİZYONUMUZ

  • Həyata keçirdiyi işlərdə fərq yaratmaq, dəyərlər sistemini əsas tutaraq, səhiyyə sektorunda model ola bilməkdir.
  • Pasiyentə “müştəri” kimi yox, insan kimi yaxınlaşmaq, gəlirlərin davamlılığını təmin etməklə ortaq nəaliyyət qazanmaqdır.
  • Ortaqlarla birlikdə böyümək, inkişaf etmək və birlikdə qürurlanmaqdır.
  • Nümunə göstərilən və seçim edilən bir müəssisə olmaqdır.
  • Bütün fəaliyyəti ilə birlikdə səhiyyə sektorunda lider olmaqla birlikdə, xidmət almaq üçün gəlməyə “DƏYƏR” bir klinika olmaqdır…

HƏDƏFLƏRİMİZ

  • Xəstələrimizin, onlarının yaxınlarının və ailəsinin gözlənti və ehtiyaclarını sistemli şəkildə ölçmək və dəyərləndirməkdir.
  • Müasir tibbi avadanlıqlardan istifadə edərək xəstəliklərin müayinə və müalicəsində eləcə də diaqnostikasında ən son metodlardan istifadə etməkdir.
  • Çalışma güvənliyini artırmaq
  • Klinikamız tərəfindən xidmət göstərilən hər bir fərdin şikayətini minimuma endirmək
  • Yatan xəstələrin xəstə baxımı keyfiyyətini artıraraq sağalma tezliyini artırmaq