Bədxassəli şiş xəstəliklərinin erkən mərhələdə aşkar edilməsi və müvafiq profilaktik tədbirlərin aparılmasına istiqamətlənmiş ümumi və geniş sağlamlıq müayinəsidir. Xəstəliyin erkən diaqnozu, onun müalicəsi və xəstəliyin inkişafının qarşısının alınması üçün əhəmiyyətlidir.

Genetik baxımdan ailəsində bədxassəli xəstəlik riski olub-olmamasından asılı olmayaraq, 40 yaşdan yuxarı hər kəsin standart Chek-Up müayinəsinə xərçəng skrininqinin əlavə edilməsi məsləhət görülür.

Genetik baxımdan risk daşıyanların (ailəsində xərcəng xəstəliyi olanlar) isə 30 yaşdan etibarən müvafiq olaraq əlavə müayinələrdən keçmələri vacibdir. Bədxassəli şiş xəstəlikləri üçün nəzərdə tutulan Chek-Up ilə bu testləri icra etmək mümkündür.

Bədxassəli şiş xəstəlikləri üçün nəzərdə tutulan Chek-Up daxilində ailəsində uşaqlıq boynu xərçəngi olan qadınlardan ildə bir dəfə PAP smear alınması, süd vəzisi xərçəngi üçün risk daşıyanların isə ultrasonoqrafiya və mammoqrafiya müayinələrindən keçmələri məsləhət görülür. Genetik risk daşıyan kişilərin ildə bir dəfə PSA testindən, tənəffüs funksiyası testi və ağciyər tomoqrafiyasından keçmələri məsləhət görülür.

Bədxassəli şiş xəstəlikləri üçün nəzərdə tutulan Chek-Up daxilində həm kişi, həm də qadınların bütün bədən MRT-si, 50 yaşdan yuxarı şəxslərin isə kolonoskopiyadan keçmələri məsləhət görülür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *