Sağlamlığınız üçün burdayıq!

D vitamin

D vitamini dişləri, sümükləri və əzələləri möhkəmləndirir.

Körpələrdə bu vitaminin çatışmazlığı raxit-sümüklərin inkişaf etməməsi və skeletin deformasiyası- xəstəliyinə, böyüklərdə isə osteomalasiyaya – sümüklərin mineral çatışmazlığından yumşalmasına gətirib çıxara bilər.

Bəzi araşdırmalar göstərib ki, bu vitamin bizə adi soyuqdəymə və qriplə mübarizə aparmağa kömək edir.

Bəzi araşdırmalar D vitamininin aşağı səviyyəsini və mövsümi depressiyanı əlaqələndirirlər. Bu vitaminin çatışmazlığının hətta əsəb sisteminin fəaliyyətinə və psixi sağlamlığa təsir edə biləcəyi barədə məlumatlar var.

Qida əlavəsi kimi D vitamini zərərsiz olsa da, onun uzun müddət gündəlik və çox qəbulu zərər verə bilər. Buna görə də həkimlə məsləhətləşmədən qəbulu düzgün deyildir.