Sağlamlığınız üçün burdayıq!

Kifoz

Kifozun müxtəlif növləri vardır ki, müxyəlif yaş dövrlərində bir sıra səbəblərdən qarşıya çıxır.

Ümumiyyətlə, iki növ kifoz var:

  1. Müalicə edilən kifoz

Bu kifoz cəmiyyətdə çox yayılıb. Onun səbəbi yeriş və oturuşda bədənin düzgün saxlanmamasıdır. Bu, adətən gənc kök xanımlarda nəzərə çarpır. Bu növ kifoza yoluxan xəstə belini düz saxlamağa çalışsa, qozbelliyi sağala bilər. Bəzi xəstələr müxtəlif səbəblərdən əzələ höqsanlarına yoluxduqlarından onlarda qozbellik müşahidə edilir. Adətən əzələlər ilk vəziyyətinə qayıtdıqaca qozbellik də sağalır.

  1. Sabit kifoz

Belə hallarda fəqərə sütunlarının formasını dəyişmək mümkün olmur. Xəstə fəqərə sütunlarını şax tutmağa nə qədər çalışsa da müsbət təsiri olmayacaq. Bir çox xəstəliklər – revmatizm, osteoartroz xəstəliyi, fəqərə sütunlarından birinin sınması, yaşın artması bu növ kifozun yaranmasına səbəb olur.