Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır.Yaz mövsümü olduğu üçün orqanizmdə allergik xəstəliklərə daha da cox rast gəlinir . Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, quşlələyi, kosmetika, məişət kimyası, dərmanlar, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Allergiya simptomları əsasən özünü burun, boğaz və gözlərdədə göstərə bilər. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri ilə biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır. Allergiyanın müalicəsinin əsas prinsipi ilk növbədə allergenlə olan təmasın (əlbəttə ki, diaqnoz dəqiq şəkildə müəyyən edildikdən sonra) qarşısını almaqdan ibarətdir.
Allergiyanın ilkin əlamətləri:
- Burnun axması,burunda qaşınma
- Gözlərin acışması və sulanması
- Tez-tez asqırmaq
- Dərinin qızarması və qaşınması
- Başağrısı
- Çətinləşən nəfəs almalar, təngnəfəslik
- Gecə və səhər öskürəklərin daha çox olması
Bu zaman insanlar allerqoloqlara müraciət etmələri məsləhət görülür. Klinikamızın allerqologiya şöbəsində aşağıdakı xəstəliklər müayinə və müalicə olunur:
- Bronxial astma
- Allergik rinit (rinosinusit, rinokonyuktivit)
- Dərman allergiyası
- Qida allergiyası
- Dəri allergiyası (övrə, angionevrotik ödem, atopik dermatit, kontakt dermatit) və s.
Bundan əlavə olaraq allergiyanın təyini və müalicəsi üşün klinikamızda aşağıdakı xidmətlərdən istifadə olunur:
- Allergenin təyin olunması
- Qida və tənəffüs panelinin yoxlanılması
- Qanda eozinofilin yoxlanılması
- Ümumi İgE yoxlanılması