Sağlamlığınız üçün burdayıq!

Səhhətinə görə vaksin oluna bilməyənlər üçün – Əks-göstəriş SERTİFİKATI

Prezidentin köməkçisi Şahmar Mövsümov səhhətinə görə vaksin olunmayan şəxslərin COVID-19 pasportunun tələb olunduğu yerlərdən necə istifadə edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. Ş. Mövsümov bildirib ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur: “Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq. Əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.