Sağlamlığınız üçün burdayıq!

İnfeksionist: “Koronavirusun yeni növləri yaranacaq”

İnfeksionist Vüqar Cavadzadə bildirib ki, viruslar mutasiyaya uğradıqda vaksinlərin effektivlik dərəcəsi nisbətən azalır

Vüqar Cavadzadə: “Vaksinlərin nə qədər dayanıqlı olacağını zaman göstərək”. Yeni Zelandiyanın Səhiyyə Nazirliyi xaricdən gəlmiş bir kişidə koronavirusun yüksək mutasiya səviyyəsinə malik COVID-19 (C.1.2) ştamının aşkarlanması faktını təsdiq edib. Bu barədə yerli “The New Zealand Herald” nəşri məlumat yayıb.

Koronavirusun yeni növlərinin yayılması vaksinasiya prosesinə hansı maneələri yaradır?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan infeksionist Vüqar Cavadzadə bildirib ki, bundan sonrakı illərdə də koronavirun yeni növləri yaranacaq: “Burada qeyri-adi heç nə yoxdur. Virus canlı orqanizm kimi mutasiya keçirir. Necə ki “Delta” ştammı yaranıb, bundan sonra da yüzlərlə yeni ştamm yaranacaq. Ola bilər ki, mutasiyaya uğrayaraq əmələ gələn variantlar daha yoluxucu və öldürücü xüsusiyyətlərə malik olsun. Viruslar mutasiyaya uğradıqda vaksinlərin effektivlik dərəcəsi nisbətən azalır. Həmçinin vaksinasiya olunmuş şəxslərin xəstəliyə qarşı dayanıqlığı azala bilər. Hələki mövcud vaksinlər koronavirusun ştamlarına qarşı dayanıqlıdır. Amma nə qədər dayanıqlı olacağını zaman göstərəcək”.